Ağaevli Əli Hacı : - Oldum

Ədəbiyyat 14:52 / 07.04.2025 Baxış sayı: 749

Açıb Tanrı qapısın,yarü eşqə can oldum,

Ona can olduğumdan,həm də ki,hər yan oldum !

 

Bir gözümlə ovudub gecənin qaranlığın,

Bir gözümlə sabaha,sökülən bir dan oldum !

 

Açılan süfrələrə,dağlayıb öz nəfsimi

Bu,ruhumla bədənə gör,necə üsyan oldum !

 

İlahi,at zərini ağrımın düz yerinə

Bax,bu dərdin taxtında,çətinkən,asan oldum !

 

Bir sən bildin, bir də özüm,sirr oldu cahana

Bu aləmlər içində mən,necə insan oldum !