Kəramət : - YalnIzlıq müasir dövrün xəstəliyi deyil

...çoxluğun üst-üstə yığılmış xəstəliyindən qaçışdı...bütövlükdə indiki bəşər kütləsindən bu qədər toplu imtina-istefa varsa, bataqlıqdan qaçışdı.
Çoxluq içində olmaq qorxunun gətirdiyi ibtidai instinkdir, başqa sözlə, qəbilə-tayfa-ibtidai icma quruluşunun müasir davamıdır...yalqızlaşmaq isə imtina-istefadır, adam psixoloji şəkildə də etiraz-istefa edə bilir..
Fərdləşə-BİRər olmayan toplumlar geridə qalmış sayılır...bir cəmiyyətdə nə qədər çox BİRƏR düşüncə, rəngli yanaşma varsa, o cəmiyyətlər inkişaf etmiş sayılır.
Bapbalaca qeyd; İndiki ədəbiyyatımız yekrəngdir, monotondur, imzalar fərqli, baxış bucağa eynidir, bənzətmə tapmaq orijinallıq deyil, ağlaşma, şaxse-vaxsy də dərd çəkmək....kəllə-mayallaq, daxili ədəbi sistem üzərindən sıçrayış edə bilməyəndə əndira-badilik, hoqqabazlıq yaranır, morijinallıq sığınacaq sayılır, "QARIŞIQDI MİLLƏTİN İSREDADI", biz isə qatışdırmayaq...
Çoxluğun bir yerdə olmağı mağara instinqindən qaynaqlanır, QORXU əsəridir, həmişə-hər yerdə, indi də...
Çoxluğun qorxusu onun qorxusunu yenməyə də imka vermir, onu idarə edənlər də rəngbərəng qorxularla onu gərginlik altında saxlayır, fərdi düşüncəni boğur.
"SÜRÜDƏN AYRIL" deyirdi Nitsşe...indi kimsə sürüdə-kütlədə xoşbəxt ola bilmir, fizikən varlığını sürdürsə də coğrafi sərhədlər, düşüncə hegomononiyası aradan götürülür.
Yalnızlar...harada olmasından asılı olmayaraq biri-birini tapır, M. Rilkenin dediyi kimi "İKİ YALQIZ BİRİ-BİRİNİN YALQIZLIĞINDAN BƏHRƏLƏNİR, SEVGİ TAPIR FƏRQLİLİK"(yüngülvari redaktə eləmişəm)
Qorxaqlar yalqız qala bilməz, sıradan olduqlarından qatılarlar sürüyə, ya da
Bir ağılın budağından sallanıb
Neçə-neçə ağlı dayaz yaşayır
(M. Araz)