Kəramət : - ŞÖHRƏTİN ZƏHƏRLİ ÇİÇƏKLƏRİ

YAZARLAR 17:44 / 12.04.2024 Baxış sayı: 3895

"HAY-HAY"LA "VAY-VAY" ARASINDA

 

...Əzilmişlik, kimliksizlikdən doğulur kütləvi şöhrətpərəstlik. Bizdə hamının "şairliyi-müğənniliyi" əzilmişlikdən, şəxsiyyətsizlikdən qaynaqlanır. NOTU bilmir müğənni-bəstəkar, hecanı-səsi-ritmi-bədi məntiqi bilmir "şair-yazıçı" xəstəliyinə tutulur. Bir də elə mühit yaradılıb ki, hamıdan hər şey olar; astrologiya üzrə elmlər doktoru (belə bir tanım varmı?) ola bilərəm, kosmotologiya üzrə, həqiqi sözümdü, bir az abrını itir, bəsdi, onsuz da cəmiyyətin həm hüquqi, həm də əxlaqi dəyərləri itib çoxdan, bəlkə də arxaikləşib.

"Poemanın janr xüsusiyyətləri" üzrə dissetasiya müdafiə etməliydim 1990-cı ildə. Elmi rəhbərim də rəhmətlik Şirindil Alışanovdu. Yazdım da, sadəcə, ...bir sual məni dayandırdı; "SƏN ŞAİRSƏN, YOXSA, ALİM, İKİSİNDƏN BİRİNİ SEÇMƏLİSƏN".

MİNİMUMLARI VERMİŞ, MƏQALƏLƏRİM DƏ ELMİ -FİLOLOJİ  MƏCMUƏLƏRDƏ ÇIXMIŞDI.

Yaxşı ki, özüm-özümü qaytardım, indiyə qədər bu məsələdə danlaq yiyəsi olsam da, gülümsəyirəm və özümə qırmızı səslə pıçıldayıram: "Adam bir şey olar, "həm də" olmaz." Qəhrəmanlıq-zad deyil bu, sadəcə normal olandı, hamı belədi dünyanın hər yerində. Ədəbi düşüncə bir ayrı, elm konkret sahədi, dövr-dövr, akademizmdi....Tarix keçmişdi, indi hər sahənin özü şaxələnir, elmin , ədəbiyyatın dalları-qolları özü şaxələnir, müxtəlif sahələrə ayrılır .

Adama əskiklik gətirəsi işlər-bilmədiyi sahədən danışmaq, səsi , təhsili olmadan efirlərin bəzək qutusu olmaq qəbul görür nədi, hələ üstünlük kimi bəh-bəhlənir....də.

Münbit şərait var, düşünülmüş şəkildə kütləvi YÖNLƏNDİRİLİR hamı hərşeyşünaslığa. Axı , hamı birşey, bir şey hamıdı, rəng-fərq yoxdur. BÖYÜK ÇÜRÜMƏ.

Bu xaos düşünülmüş xaosdur. "XAOSUN HARMONİYASI" kitabım çıxıb 13 il qabaq, "Xaotik simfoniya" şeirim var, Türkiyədə də çap olunub, niyə deyirəm...indi-indi anlaşılır ki, bu qatqarışıqlıq "İDARƏ OLUNAN XAOS"DUR və dünyanı idarə edən üst beyin mərkəzləri tərəfindən, dünyanı öz rayından düşünülmüş şəkildə çıxarıblar... toplumları-suları mütamadi olaraq bulandırırlar ki, özlərinə lazım olan "BALIĞI TUTSUNLAR"...

Ölkələr coğrafi məkan-düşərgə-zona olmaqdan başqa heç bir məna kəsb etmir.

Bizim kimi yerlər hay-hayla, vay-vay arasındadı.

Ac siçovullar biri-birini yeyir.