HƏLƏ YOLAYRICINDAYAM -  Ismayil Imanzadə

Ədəbiyyat 20:45 / 28.03.2025 Baxış sayı: 4993

 

Lal-dinməz dayanmağım

Qaxınc olub başıma.

Hara üz tuturamsa

Bir sədd çıxır qarşıma.

Əllərim daraqlanıb

Həsrətimin saçında.

Düz beş ildir qalmışam

Məchul yolayrıcında.

Bu basabasda mənim

Hələ növbəm, vərim yox.

Nə qalmağa həvəsim,

Nə getməyə yerim yox.

Saf-çürük eləyirəm

Zülmət dalanı, tini.

Bilən varsa, tanıtsın

Mənə yolun səmtini...

27.03.2025