Fərhad Tapdıqoğlu : - Daşı.

YAZARLAR 10:55 / 06.12.2024 Baxış sayı: 1265

 

                                               (miniatür)

Atası dedi:" bala oxumadın,get fəhləlik elə,daş daşı,iki əl saxlaya bilər bir başı..Oğlu fəhləlik elədi ,daşıdı daşı...Sonra daş daşımaqdan yığdığı pulnan texnikuma daxil oldu...Oxumağa yox,veyil- veyil gəzməyə qarışdı başı...Texnikumu bitirdi ...Yenə daşıdı daşı..Pul düzəltdi,kiçik bir vəzifə "aldı"...İşlədi..Gündəlik vardı "daş- başı."...Gözləri ayaqlarının altını görmürdü,dik dururdu başı...Sonra...sonra...ilişdi... amma yuxarılara verdi "daş - başı".. sadəcə işdən azad etdilər... " Uçenik"( şağird) durdu sexdə ," məzar daşı" ...Artlq " ustalaşıb" ...Halal çörək qazanır ,düzəldir sinə daşı ,baş daşı..

Bəli,daşıdı daşı,amma xoşladı "daş- başı"...

Başı dəydi daşa...düşdü başa...Indi düzəldir baş daşı..iki əli saxlayır bir neçə başı...