Fərhad Tapdıqoğlu : - Ananın dizi.
( miniatür)
Ana dizini qatlayıb,əyləşdi...dizlərini qucaqladı...
Oğlu dizin- dizin sürünüb, ananın yanına gəldi.. dizinin gözü də bir balaca ağrıdı..
O ayağa qalxıb,döşəkcə gətirib,anasının dizinin altına qoydu,sonra anasının dizini qucaqladı... Ana sağ əli ilə dizinə döydü: "Qalx ay bala,neynirsən?" Sonra ana- bala diz- dizə oturub söhbətləşdilər..Oğulun yadına anasının onu dizinin üstündə oynadıb,yatırdığı uşaqlıq illəri düşdü...
Elə mənim də...