Faiq Balabəyli : - BARI DÜŞÜNDÜNMÜ?

Nə qədər boylanım sən gedən yola
Nə qədər gələrsən, deyə düşünüm.
Nə vaxt son qoyarsan bu qeylü qala
Ay məndən inciyim, məndən küskünüm
Barı düşündünmü mənim halımı.
Barı düşündünmü mənim halımı
Dedinmi nə çəkir çəkingən oğlan.
Kimsə bağışlamaz məntək zalımı
Gecətək qaralan, buludtək dolan
sım-sım sızıldayan, gömgöy göynəyən
yetim oğlanı.
Sım-sım sızıldayan, gömgöy göynəyən
dodağı çatlayan, üžü göynəyən,
qaşı düyunlənən, dili dolaşan,
ayağı burxulan, qəlbi döyünən,
bir udum sevincə boynumu qısdım-
Barı düşündünmü mənim halımı.
Bir udum sevincə boynunu qısan
yaralı qəlbini ovcuna sıxan
bütün ağrılara dözüb də asan
bütün günahları özündə görən
bütün günahlara ürək qızdıran
asana çevirən çətin olanı...
barı, düşündünmü həmin oğlanı...
23.12. 2024