Emin Piri : - Sənin üçün darıxmışıq, İlahi.
Bu yerlərdə görünmürsən, hardasan?!
Sənin üçün darıxmışıq, İlahi.
Bəlkə kimsə keçib sənin yerinə,
Bir yol göstər, karıxmışıq, İlahi!
Ömrümüzün hər ucundan kəsibsən,
kəsib, kəsib neyləyirsən?!-
Kasıbsan?
Oxu görüm, nə yazıdı yazıbsan:
Çoxu zülmət, azı işıq, İlahi.
Titrəmişik qardan gözəl qışını,
atdıq belə yaşamağın daşını.
Ömür adlı bu köhlənin başını
Canavara buraxmışıq, İlahi...