Ələsgər ƏLİOĞLU : - "DOST" QILINCI...

Ədəbiyyat 16:35 / 07.11.2024 Baxış sayı: 2085

 

Gecə-gündüz əskik olmaz yanından,

Üzdə səni çox istəyər canından.

Yerli-yersiz çıxar elə qınından,

"Dost" qılıncı guya səni qoruyar.

 

Qabaq-qənşər gəlsə olmaz kəsəri,

Canında da hiss edilməz əsəri...

Önü yox,arxanı güdər nəzəri,

"Dost" qılıncı tutarlı yer arıyar.

 

Niyytini gözlərindən almazsan,

Babəklərin taleyini anmazsan...

Büdrəyəndə gec də olsa anlarsan,

"Dost" qılıncı kürək üçün yarıyar...

06.10.2024