Ehtiram Ilham : - ADAM

Ədəbiyyat 12:20 / 22.07.2024 Baxış sayı: 1897

 

Şeirin söz boydadı, sözün şeirdi,

Sənsən şeir adam, sənsən söz adam.

Nə yaxşı başqa bir yola düşmədin,

Yolu hamar adam, yolu düz adam.

 

Nə var eyy... haqq deyib əyri getməyə,

Gözlərin önündə gözdən itməyə.

Köməyə çatmağa, haya yetməyə

Elə özün kimi adam gəz, adam.

 

Nə qapdın, nə yığdın, gedəcək bada,

Sonunda kim gəlib, yetişər dada.

Bircə halal adam tapsan dünyada

Neynirsən axtarıb daha yüz adam?

 

Həmin Ehtiramdı, öz İlhamınnan,

Əlləşib, vuruşur xəstə canınnan.

...Özün hamısına olarsan qurban,

Olsa da dünyada hələ az adam.

21.07.24