Əbülfət Mədətoğlu : - Yaşıyıram

Ədəbiyyat 07:47 / 28.05.2024 Baxış sayı: 3225

 

Ümidlənib səslə, mehlə

Üz-gözümü yudum şehlə...

Biraz "ah"-la, bir az "eh"-lə

yaşayıram...

 

Əridikcə ünüm - ündə,

İtib-batır günüm- gündə!

Bilən yoxdu hansı gündə -

yaşıyıram?!.

 

Boşdu ömür qalaçası,

Qalaların balacası!

Baxır gözün alacası -

yaşıyıram?!.

 

Güc qalmayıb hay salmağa

Selbə atıb, pay salmağa!..

Dəyərmi, belə qalmağa -

yaşıyıram?..

 

Dərd əbədi -qarı düşmən! -

Yarı - dostdu, yarı - düşmən!

Bilə həsrət - barı, düşmən -

YAŞIYIRAM!..