Adil Şirin : - Qədim bir Türk elində...

Ədəbiyyat 14:50 / 22.03.2025 Baxış sayı: 946

# # #

Qədim bir Türk elində,

Doğulduq at belində.

At belində doğulduq,

Haqq dərgahını bulduq.

 

Bu yurda oba dedik,

Dağlara baba dedik.

Aya könül bağladıq,

Sirr verdik, sirr saxladıq.

 

Ox atıb ov ovladıq,

Saz çalıb boy boyladıq.

Hər qayamız bir qala,

Çapıb getdik dördnala...

 

Bu dünya bir aynadı,

Qılıncımız oynadı.

Bayrağımızda hilal,

Qanımız yurda halal.