Xatirə Rəhimbəyli : - Bütün dostlara

Bəzəsin bağçanı nərgiz,bənövşə,
Sevinc çiçəkləsin könül bağında.
Ruhun çinar kimi ucalsın göyə,
Qızılgüllər açsın qol-budağında
Bəxtinin günəşi doğsun üzünə,
Ömrünə günəşin zəri tökülsün..
Xeyir mələkləri çıxsın qarşına,
Nə qədər qəmin var,geri tökülsün.
Açılsın qarşında yolların ağı,
Bütün sədləri aş gülümsəyərək.
Bütün fəsillərdə ömrün yaz olsun
Bu Bahar bayramın olsun mübarək