Şakir Xanhüseyn : - Özündən aldınmı hava doyunca...

Ədəbiyyat 11:00 / 19.03.2025 Baxış sayı: 2752

***

Özündən aldınmı hava doyunca,

dağını, düzünü seyrə çıxdınmı...

Həyatın amansız sınaqlarından

üzü ağ, ya üzü qara çıxdınmı?

 

Açartək qapına düşə bildinmi,

ayaqda durmaq zor, dedin "baş üstə"...

doydunmu bir yerdə özünü yeyib,

qoydunmu özündə daşı daş üstə...

 

qayıdıb özünə çox uzaqlardan

gördünmü, yahu,

kənarda deyil də özündəymişsən...

bir anda ələnən neçə ələkdə

sanki dənliyində özün dənmişsən...