Xanım İsmayılqızı : - Sən gözümün içində

Sən gözümün içində
və İstanbul küçələri...
Gözlərini içə-içə
dumana düşdüm.
Sənəmi xoşdu,
Mənəmi xoş...
İndi sığallana bildim doyunca,
Belə olur, ayıqlıq olmayınca...
Nə utanmağım qaldı,
Nə də ki, usanmağım.
Azad etdim əllərimi...
İkimiz də sərxoş idik,
İkimiz də sərxoş...
Ruhum qaldı bədənim soyulunca,
Belə olur, ayıqlıq olmayınca...
Sən gözümün içində
və İstanbul küçələri...
Göz-gözə tutub gedirik.
Nə xoşdu körpəli olmaq,
Nə xoş...
Hər şey susub halımızı duyunca,
Belə olur, ayıqlıq olmayınca...
2015