Vasif Süleymanlı : - EYLƏ

Ədəbiyyat 09:28 / 13.08.2025 Baxış sayı: 2078

 

Bu ömrün əzəldən taxtı-tacı yox,

Mən qulluq eyləyim, sən şahlıq eylə.

Daha xoş günlərə ehtiyacı yox,

Barı yaman günü halallıq eylə.

 

Qurtardı bəxt ilə eşqin davası,

Dağılıb yurd yeri, uçub yuvası.

Bu dəli könlümün itib havası,

Kimi səsləyim ki, havalıq eylə…

 

Yenə sənə tərəf uzandı əlim,

Sən niyə getmişdin, mən niyə gəlim…

Eşq ol, dərgahına səcdəyə gəlim,

Bu qərib taleyə Allahlıq eylə.