Təbrik edir, sevincinə qoşuluruq, ŞAİR!
Bişkekdən Neftçalaya gələn şad xəbər təkcə onu yox, həm də ədəbiyyat camiyəsində olan hər kəsi sevindirdi.Bu xəbər istedadlı şair, publisist və həm də seçilən məllimlərimizdən olan Elnur Uğur Abdiyevə ünvanlanmışdı.
Yenises.az dəyərli dostumuz, şair Elnur Uğur Abdiyevlə əlaqə saxlayıb şad xəbərin təfərrüatını öyrəndi. Şair bildirdi ki:
- Bu gün mənim üçün ikiqat sevincli gündür; həm Bilik Günü bayramı sevinci ,həm də Qırğızıstan Yazıçılar Birliyinə üzv seçilməyimin sevinci...Məni bu yüksək ada layiq görən ASKEF- ə və bu qurumun Orta Asiya ölkələri üzrə təmsilçisinə,məxsusən olan adlara təşəkkür edirəm.
Biz də Elnur müəllimi ürəkdən TƏBRİK edir və ona yeni uğurlar arzulayırıq!