Sabir Zəkullaoğlu : - Seçki də "kollektiv idman oyunları" sırasındadır..

YAZARLAR 10:14 / 05.11.2024 Baxış sayı: 2747

v

Dünya elmi gərçəkdən də böyük işlərə imza atır. İndicə bir telefon reklamı gördüm. Telefonu nə internetə qoşmaq lazım gəlir, nə də elektrik cərəyanına. Telefon özü avtomatik havadan şarj alıb, internet dalğalarına qoşula bilir.

İnternetin hər kəsə əl çatan olması bizi hər şeydən xəbərdar edir.

Bu qədər infarmasiya bolluğu şəraitində, biz gərək obyektiv reallığı dərk edib, doğru, düzgün nəticə çıxaraq.

Ancaq biz hələ də arzularımızı reallaşdırmaq üçün "qaloş pirlərinə" gedirik.

Bu azmış kimi bəxtimiz, qismətimiz də kəm gətirib.

Rusiya imperiyası qədər qəddar bir ölkəylə qonşu olmaq kimi bir taleyimiz varmış..

Rus imperiyası bizi bir günə qoyub, hansı millətdən olduğumuzu unutmuşuq.

İş o yerə çatıb ki, biz öz milli kimliyimizi başqa millətlərin dilindən eşidirik..

Famil Cəfərli abi də deyir ki, futbol üzrə Azərbaycan yığması Estoniya yığmasına niyə qalib gələ bilmir..

Mən Rus ordusunda xidmt etmişəm. Daxili qoşunlarda Leninqrad şəhərində.

Mənim əsgər yoldaşlarımdan biri, Estoniyanın paytaxtı Tallin şəhərindən idi.

Adı, Odrest Tarvin Xaynoviç idi.

Bir dəfə o mənə dedi ki, əslində sizin milli mənsubiyyətiniz türkdür. Siz azərbaycanlı deyilsiz.

Müdahisə yarandı. Az qaldıq dalaşaq.

Hərçəndi ki dost idik.

Əvvəlcə türk deyəndə elə bildim məni orta Asiya türkmənlərindən hesab edir. Ona görə lap acığım tutmuşdu.

Doğrusu, Türkmənistanda gələn əsərlər türk olsalar da, onlar əsgərlikdə özlərini "çimo kimi" aparırdılar..

Nəisə, mübahisəmiz bir az sakitləşdi.

Təbii ki, Odrest məni başa sala bilmədi.

Mən ilk dəfə Odrestdən eşitdim ki, ruslar bizi işğal edib.

O deyirdi ki, "ay türk, ay tupoy, bunlar bizi işğal ediblər"..

Rusun işğalı bizi dünyadan, elmdən, əlifbamızdan, milli kimliyimizdən məhrum edib. Yalnız namaz qılmağa, cindara, mollaya, getməyə izn verib..

Torpaqlarımızı sözün həqiqi mənasında hərraca qoyub, istədiyi kimi parçalayıb, Naxçıvanı orda sağır qoyub.

Bir sözlə, bir milləti məhv etmək üçün nə gərəkirsə hamısını edib.

Odur ki, futbol üzrə Azərbaycan yığması Estoniya yığmasınıa qalib gəlsə bu haqsızlıq olar.

Bu gün də milli kimlik baxımından özünü türk yox, azərbaycanlı hesab edənlər çoxdur.

Onların hər birinə bir Odrest lazımdır..

Biz nə vaxt milli kimliyimizi tanısaq, onda kollektiv idman növündə də qələbələrimiz olacaq..

Bu ara deyim ki, seçki də "kollektiv idman oyunları" sırasındadır..