Sabir Sarvan.- Əsirlər.

Ədəbiyyat 13:55 / 02.09.2025 Baxış sayı: 2470

 

Əsirlərik biz,

sərvət əsirliyində

doğulduq.

Doğulan təki

bələd olduq

əsirliyin hər sirrinə,

Anamıza "məmə" dedik,

Atamıza"pəpə" ,

Çevrildik

həzrəti - mədəmizin

əsirinə.

Əsirlərin biz,

Şairlərimiz şan - şöhrət,,

Cahillərimiz cah - cəlal,

var - dövlət əsiri,

Mömünlərimiz

axirət xəyalını,

cənnət əsiri.

Əsirlərin biz,

əsir düşərgəsi

Yer üzü

Adəm iki buğdaya əsir düşən gündən

keçir

Min - min əsirlər,

O vaxtdan Yer üzündə

ADƏM adına

əsirlər doğulur,

əsirlər ölür,

ancaq

ƏSİRLƏR !