Rüstəm Behrudi -  Payız gəldi,kölgəm öldü

Ədəbiyyat 09:07 / 03.09.2025 Baxış sayı: 2438

Payız gəldi,kölgəm öldü,

Yenə açıldl bir yara.

Burda sözümə yağış yağır,

Kənddə də boş bir məzara...

 

Payızdı payız,taxtım var,

Bir qoca kötükdü taxtım.

Ölən yarpaqlara qoşulub,

Hər şeyi hüznə buraxdım...