Peskov Zelenskini Putinin sülh təklifi üzərində düşünməyə ÇAĞIRDI

DÜNYA 15:59 / 16.06.2024 Baxış sayı: 3362

Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin sülh təklifi barədə düşünməlidir, çünki Ukrayna üçün cəbhədə vəziyyət pisləşir.

Yenises.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Dmitriy Peskov deyib. O qeyd edib ki, vəziyyətin hazırkı dinamikası “açıq şəkildə göstərir ki, gələcəkdə ukraynalılar üçün daha da pisləşəcək”.

“Vətəninin maraqlarını özünün, hətta ağalarından da üstün tutan siyasətçi belə bir təklif barədə düşünərdi”, - Kreml sözçüsü bildirib.