Paşinyan: Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var

DÜNYA 17:49 / 10.09.2025 Baxış sayı: 7739

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistanda və onun hüdudlarından kənarda Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var.

Bu barədə Yenises.az xarici KİV-ə istinadən xəbər verir.

"Bəli, sülh bərqərar olub. Lakin həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var", - o qeyd edib.