Məktəblərdə ilk  zəng  çalındı

Gündəm 09:27 / 15.09.2025 Baxış sayı: 3496

Yaşlı  nəslin  şirin xatirələrindən olan  1 sentyabrı  bu  gün məktəb  yaşlı  uşaqlarımız  üçün 15  Sentyabr əvəz  edir . Belə ki, rəsmi  olaraq ölkəmizdə  son illərdə 15 Sentyabr  Bilik Günü  kimi  də  qeyd  olunur. Yəni   Bilik  Günü   həm də yeni  dərs ilinin  başlanğıcı  kimi    bayram edilir.

Bu  il də  bayram-bayrama  qarışıb ...Azərbaycanın  bütün  guşələrində  məktəbə  ilk  dəfə   qədəm  qoyan ibtidai  sinif  şagirdləri əllərində  tər  çiçəklər  valideyinləri , nənə və  babaları  ilə  ilk  müəllimlərinin  görüşünə gəliblər... Sinif  otaqları  bu  fidanların  özləri  ilə  gətirdikləri ovqata  bürünüb...

Azərbaycanın sabahı olan  bu övladların hər  birinə  bəslədiyimiz  ümid və  dilədiyimiz uğurlar həyatda mütləq öz   təsdiqini tapacaq.

İlk  zənginiz, ilk  dərsiniz  mübarək!