Məhərrəm Şəmkirli : - QƏMDƏN OXUYURAM

YAZARLAR 09:21 / 05.11.2024 Baxış sayı: 2309

 

                                                                                    Kiçik hekayə

O,heç bir musiqi təhsili almayıb.Qonşumuz Qafarı deyirəm.Kişi istedadır,avazı gözəldi.Oxuyanda onu dinləməkdən doymursan,səsi yağ,bal kimi şirindir,içdən gəlir.Bir sözlə kişinin oğlu nadir istedadır.Oxuyanda özünü zora,gücəsalmır.Hekayəmizin əvvəlində dedim ki,Qafarın musiqi təhsili yodur.Sizləri bilmirəm,mənə görə təhsil çox da vacib deyil.Əsas istedadır.Onu da Tanrı Qafara verib.Tanrı Qafar bəndəsini belə mükafatlandırıb.Gözə görünməz kişi də belə mükafatı hələm-hələm adama verilmir.Yüzdə,mində birinə verir.Yəqin Qafar da yüzdən,mindən biridir.Biz bilmirik.

Hələ ki,Qafar toylara getmir,çünki yaxın çevrəsindən başqa onun oxumağından xərbər bilən yoxdu .Amma Qafar qonşuların şad günündə “Qafar,xahiş edirəm,bir ağız oxu.Qonaqlar feyziyab olsun.”xahişini yerə salmır,şövqlə oxuyur,dinləyicilərinin gürültulu alqışını qazanır.

Tanrının günlərindən biriydi Qafar qanı qara halda evdə tək oturmuşdu.Qəfildən içindən oxumaq keçdi.Onun oxumağından qonşularının narahat olacağından çəkinməyərək oxudu.Yana-yana,qovrula-qovrula oxudu.Səsində zamanəyə,həyata qarşı bir etiraz,bir qəzəb vardı.

Deyir kasıbın bəxti olsaydı,ta niyə kasıb olurdu.Tanrı Qafara istedad verdiyi kimi həmi də kasıbçılıq verrmişdi.Qafar da kasıbçılığının harayını yanıqlı-yanı oxumağıyla insanlara çatdırırdı.

Qafar oxuyan vaxtı küçədən vergi müfəttişi keçirdi.İkinci mərtəbədən gələn səi eşidib ayaq saxladı.Bir balaca dinşədi və özünü tələsik binanın girişindən içəri salıb,səs gələn qapının zəngini basdı.Zəngin səsini eşidən Qafar oxumağına ara verib qapını açdı.Qarşısında yad adamı görüb soruşdu:-Tanımadım,siz kimsiniz,nə istəyirsiniz?

Müfəttiş tələsik:-Oxuyan sən idin?

-Bəli,mən idim.Nəydi ki? Toy eləmək istəyirsiniz,səsim xoşunuza gəldi?Nə xoş mənim halıma.Şükür İlahi,məni də toya çağrarmışlar.Səsim xoşunuza gəldisə, məclisinizi istədiyiniz qiymətə yola verərəm.

-A kişi,bir dayan! Sevinib eləmə. Nə toy,nə filan,səni heç kim toya-moya dəvət eləmir.Mən vergi müfəttişiyəm.Gəlmişəm görüm vergidən niyə yayınırsan? Bilmirsən vergidən yayınmaq cinayətdir? İndi nə deyirsən, cərimə yazım,yoxsa?..

Qafar müfəttişin nə dediyini,nə istədiyini göydə tutdu.Ona görə də rahat-rahat dedi: 

-Rəis,heç biri.

-Niyə?

-Ona görə ki,mən müğənni deyiləm? Get vergini illərlə verməyən məmurlardan,toylara saatı 10 - 20 min manata gedən müğənnilərdən tut.

-Bəs sən kimsən,müğənni deyilsən?

   -Müğənni hara, mən hara.Mən bütün günü qul bazarında bir tikə quru çörək üçün müştəri gözləyən qul.Əyər qullardan da vergi tutulursa,babat iş tapanda ödəyəcəm.Heç narahat olma.

Müfətdişin dediyi olmadı,suyu süzülə-süzülə pilləkənləri sürətlə düşüb yoluna davam elədi.

 

1noyabr, 2024.