Elnur Uğur Abdiyev : - Səni sevmək

Ədəbiyyat 08:40 / 22.08.2025 Baxış sayı: 1970

 

Səni sevmək o qədər ali ki,

Adam elə bil anadan təzə doğulur.

Üç dəfə içdiyi andı qüsulu olur.

Səni sevmək o qədər uca ki,

Adam elə bil Everestdə durur

Gözləriylə dünyanı dörd dəfə dövrə vurur.

Səni sevmək o qədər əziz ki,

Bilirəm bu hamıya belə deyil,

Beş barmağın beşi də bir olmur.

Dünyanın altı qitəsindən

Yeddi gün Günəş çıxır,batır!

Kimi ümidinin,,kimi Günəşin kölgəsində yatır.

Günəşin kölgəsində yatanlar

Sevginin böyüklüyünü unudanlardı.

Sənin sevgin əslində Günəşə kölgədi,

Onlar bilmədi...

Sən bilirsən,bağışla onları da.

Yenə Günəş doğsun,

İstisi bizim,kölgəsi unutqanların olsun.