Elnur Uğur Abdiyev -  Ayrılaq

Ədəbiyyat 13:08 / 31.08.2025 Baxış sayı: 1735

Yollar vüsal vəd eləmir,

Ayılaq daha,ayrılaq!

Ucuz qovuşmuşduq, barı

Ayrılsaq,baha ayrılaq!

 

Qoynumuzu qucaqlayaq

Ana balatək ağlayaq.

Qəlbdən qalxan alov sayaq-

Sarılaq aha,ayrılaq!

 

Biz bizə çox nabələdik,

Olmayan şeyi dilədik!

Sevdik, nə savab elədik?

Bataq günaha,ayrılaq!