Coşqun Xəliloğlu - SALAM ALLAH SALAMIDIR.

Ədəbiyyat 12:49 / 07.09.2025 Baxış sayı: 8244

 

Unutma, saxla yadında,

Salam Allah salamıdır.

Dua, "barışıq" adında-

Salam Allah salamıdır.

 

Önu söyləmək savabdır,

Sözdür- yükü bir kitabdır.

Neçə suala cavabdır,

Salam Allah salamıdır.

 

O söz qəlbi sevindirər,

Nifrəti, kini söndürər.

Dilsizləri də dindirər,

Salam Allah salamıdır.

 

Böyüyüb dolursan yaşa,

Dünya sirli bir tamaşa.

Salam ver dosta- sirdaşa,

Salam Allah salamıdır.

 

Salamsız-kəlamsız olsan,

Deyəcəklər, bala, "kalsan".

Fərqi yoxdur-versən, alsan,

Salam Allah salamıdır.

 

Coşqun, dünya gör-götürdü,

Kim qazandı, kim itirdi...

Adi söz yox, inci, dürdü-

Salam Allah salamıdır.

31.08.2025