Arzu Ada - K.... ƏMƏLİYYATI ..

YAZARLAR 08:29 / 02.09.2025 Baxış sayı: 3391

Səlimbəy yuxudan duran kimi əlindəki xətkeşlə buz dolabının önünə gəldi .

Dünən aldıgı kolbasaya kriminalist baxışıyla nəzər saldı ...

Düz bir ay idi ki səhərlər Səlimbəy ücün <kədərlə> acılırdı bu evdə .

Kolbasa yenə< kan kayb> etmişdi ....azalmışdı .

Kolbasanı dolabın yanındakı stolun üzərinə səliqə ilə <uzatdı> .

.. Əməliyyata başladı

Dəftərcəyə baxdı

40 santım ... göstərirdi dünənki tarix..

.. Ölcdü . .

Düz 35 santım qalmışdı .

Dönüb pəncərədən i düz..< Tarqovıya>.. baxan kücəyə nəzər etdi .

...Kücə yenə ərəb qaynayırdı .

Dünyanın o başından buraya sülənə sülənə nədən gəldiklərini bildiyindən onlara ..ərəblərə iki qat nifrət edirdi .

. Bəzən acıq pəncərədən yediyi meyvələrərin cəyirdəyini < təpələrinə >.cırpmaqdan belə özünü saxlaya bilmirdi .

Dodagının altında bir iki ..yaglı söyüş söyüb digər kücəyə baxan pəncərəyə yönəldi .

Bu kücə nisbətən sakitcilik idi .

Yenə qıssa şortikli rus qızı pişiklərə <ziyafət> verirdi

...

Səlimbəy düz iyirmi il idi ki bu evdə tək yaşayırdı .

Arvadı bir ərəbə qoşulub gedənəcən..

Təklik onu sıxanda bir rəssam dostunun məsləhəti ilə günlük .. aylıq evində kirayəşin saxlamaga başlamışdı

Yaxın budkada bir necə nüsxə edib bir iki yerə də yapışdırmışdı . .

Qapısını <gecə bayquşlarından.. > tutmuş arvadı döyən kişilərə (Sözə baxe arvadı döyən kişilər ) qədər rəng.bə..rəng insanlardan ibarət dəstə döyürdü ...günün istənilən saatlarında...

Amma Səlimbəy <vicdanlı sovet tərbiyyəsi> aldıgından bu tip insanlara hec vaxt qapı acmazdı .

Son bir ay idi ki hansısa rayondan gələn 3 oglan bu evi kirayələmişdi..

Sakit uşaqlar idilər

Səhər cıxıb axşam dönərdilər .

P.s.

(Bəzən də axşam cıxıb hec səhər də evə gəlməzdilər))..

Haradasa veyillənirdilər ....nə bilək .

Son vaxtlar bu oglanlardan birinin günü bu< pişik yemləyən> rus qızın yanında kecirdi ...

Bəzən qacan pişiklərin arxasınca qacıb

Kis . ha. kis... də salırdı .

P.s.

(Kənddə dədəsinin beş qazına belə cobanlıq etməmişdi yəqin ki .))

Cavanlıqdır da .

Bir də bunlardan Səlimbəyə nə vardı ki .

İndi onu maraqlandıran tək şey soyuducudakı kolbasanın <itməkliyi> idi. )

Səlimbəyin yenə kolbasa yadına düşəndə qanı əməllicə qaraldı..

Acaba ....?!

Mən vurmadım ..sən yıxmadın ..məsəlinə dönmüşdü bu tapmaca .

...Arvadı gedəndən sonra Səlimbəy beləcə konservləşmiş ərzaqlarla <qidalanırdı>

Yanında da <o> sudan həmişə olmalı idi .

Kolbasanı dograyıb ..100 qramla.. bir baş soganı böyrünə həmişə <yaraşdırdı>..

Həyatından da narazı deyildi..

DAHA ONU ƏRƏBƏ DƏYİŞƏN ARVADI DA VECİNƏ DEYİLDİ .

RƏDD OLUB GETSİN ƏRƏB DƏ ..O DA HƏTTA... KÜVEYT DƏ ...

Hec bilmirdi niyə həmişə Küveyti söyürdü

Bəlkə də tək tanıdıgı ərəb ölkəsi idi ondan .

Nə isə ..

Səhərə yeməyə ərzagı da yox idi .

Düşüb yaxındakı ərzaq magazasına girdi

Yenə bir <rulon> kolbasa və bir necə ərzaq götürüb pilləkənlə evinə qalxdı

Kolbasanı səliqə ilə uzadıb ölcüsünü götürdü

Bu dəfə ölcü 55 santım idi ..

Tez dəftərinə qeyd etdi .

55 sm..tarixi də yanına yazdı 25 iyun 2025 ..)

...QATİL ÖLDÜRDÜYÜ YERƏ BİR DƏ GƏLƏCƏK.. FİKRİ İLƏ ..RAHATCA DƏRİN BİR NƏFƏS ALDI

ARTIQ SƏHƏR ACILMIŞDI .

BU ZAMAN TIKKILTI EŞİTDİ KİMSƏ AYAQ BARMAQLARININ UCUNDA HƏRƏKƏT EDİRDİ .

AHA...kimsə ASTACA DOLABIN QAPISINI ACDI ..

SƏLİQƏ İLƏ KOLBASANI <YARIMCAN> EDƏNDƏN SONRA EVİN QAPISI DA CIRILTI İLƏ ACILDI

<QATİL> SÜRƏTLƏ PİLLƏKƏNLƏ ENİB KÜCƏYƏ DÜŞDÜ.

PİŞİKLƏRLƏ ..QIZ ONU GÖZLƏYİRDİ.

..

SƏLİMBƏY BİLMİRDİ GEDƏN ərzagınamı ÜZÜLSÜN ya HAMAM SUYU İLƏ ÖZÜNƏ DOST TUTAN TƏLƏBƏYƏMİ GÜLSÜN.

....