Afiq Muxtaroğlu - Yıxılsan qolundan tutan tapılmır...
***
Yıxılsan qolundan tutan tapılmır,
Özünü yorursan itən tapılmır,
Ocağı çatırsan kündən yapılmır,
Yanğın onda çıxır, yax onda çıxır.
Dərdin dildən iti, əldən zirəksə,
Ünün ərşə bülənd, göyə dirəksə,
Ümidinə cavab – qismət, görəksə,
İşin pis tərəfi bax onda çıxır.
Ömrünə dərdlərin yeli toxunsa,
Kədər ələ salsa, gülüb taxınsa,
Əyninə dərd adlı bəylik toxunsa,
Toy onda çalınır, şax onda çıxır.
1 noyabr 2024-cü il