Xatirə Fərəcli - MƏNİM İTKİ SAYDIQLARIM

Ədəbiyyat 18:39 / 23.09.2025 Baxış sayı: 910

 

Mənim itki saydıqlarım

Mənim deyilmişlər, demə.

Bilmirəm heç sevinimmi,

Ya yanımmı bu itənə?

 

Yıxıldı qurduğum saray

Süpürləyib sel apardı,

Qutsallıqlar vardı elə

Yağmalayıb yel apardı.

 

Zərrələr yığılıb coşdu,

Dağlar çöküb çöl, düz oldu,

Üstündən keçdiyim qüsur

Bir bilirdimsə, yüz oldu.

 

Hara qaçıb daldalanım?

Zənnimin zindanı zülüm.

Diri udacaqlar məni

Ağlımı dinləmir dilim.