Sevinc Qərib : - Yenidən doğuldum

Ədəbiyyat 08:23 / 14.05.2025 Baxış sayı: 1244

 

* * *

Önümdə ümidlər,

arxada atamın yüyürən duaları

düşdüm yolun ağına.

Yollar üzümü ağ etsə barı,

ağarsa alnımın qara yazısı

gülə-gülə dönsəm

atamın açıq qollarına,

bitirsəm adamın çarəsizliyini...

...hardansa bir səs düşür ürəyimə

"yenidən doğulacaqsan"- deyir.

əriyir könlümün buzu,

ruhum şeirə uçur

Günəş də gülümsəyir.