Rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Mayın 26-sı saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi mayın 25-də ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.