Kəramət : - ÖZGÜVƏNDƏ BİRLƏŞƏCƏK

 

YAZARLAR 09:09 / 27.07.2024 Baxış sayı: 1910

Qadın-Kişi fərq etməz

ÖZGÜVƏNDƏ BİRLƏŞƏCƏK

...yeriyəndə addımları şax, şux yeriyəcək...kim nə deyir,-,deməyəcək,-mən nə istəyirəm-ə üz tutacaq, oturub gözləməyəcək ki, kim məni seçəcək...seçimini edə biləcək....addım atacaq, üstünə gedəcək bütün qorxuların.

...bizim kişilər kimlə şəkil çəkditrməyi belə hesablayır, qorxurlar, toyda-yasda-tədbirdə işıldayan birini gəzirlər ki, poz versinlər, qürurlu qadın-kişi- İnsan kiminsə kölgəsinə, sözünə sığınmaz, özünə sığınar, ağlayanda xısın-xısın ağlar, güləndə ürəkdən gülər ...

Çətin məsələdi, bilirəm...indi girişlərə, jurnala, sözönünə ehtiyac yoxdur, "mıs-mıs" demə, sözünün Mustafasını de, ömrünü yaşa.

Əzilə-büzülə yerimə, sınıq-salxaq olma, əmin addımlarla addımla,

sən QADINSAN, həmişə güclüsən

Bir 4 nəfər, küçə və İspaniya meydanı şəkili ola bilər