Kəramət : - LƏNƏT SƏNƏ, PARNOKRATİYA

YAZARLAR 08:46 / 08.09.2024 Baxış sayı: 618

 

"AY BİR YANDAN, SƏN BİR YANDAN SAR MƏNİ

LEYLİM LEY....LEYLİM LEY.."

-bu şərqini dinləyə-dinləyə P. Proudonun "Həyat özünü sənətin içində gizləmişdir" fikrini xatırladım..burda sənət heç nə ifadə etməyən (leksik anlamda) Leyy..-dədi düşündüm.

Əslində, bütün sənət növləri həyatın ifadəsindəki mümkünsüzlüyü aşa bilmək cəhdlərindən doğulub. Cild-cild əsərlərin, şərqilərin sonundan başlayır o gizlini görməyə başlamaq, yəni sonuna çatdığımızda başlayırıq o sirri-xudanı görməyə, dərkə, duymağa. Bəzən də oxuduğumuz sətirlərin, notların arasındakı boşluqdadı. Lap gəlib postmodernizmin əsaslandırmadığı nüansa da işarə var burda. Əsərin hər oxucunun öz baxışıyla yaradılmasındakı ıiştirakı kimi..

Haşa , sevdiciyim, haşa

Deyilənlər gəldi başa

Bir yandan özün tut daşa

Bir yandan el car eyləsin-

Abbas Tufarqanlıdan qalıb yadımda, yanılmıramsa..Yox daha davam edə bilməyəcəyəm nəsə yazmağa...

LEYLİM, LEY ..LEYLİM LEY ..

-----------------------

MƏN SƏNDƏN AYRILMAZDIM

ZÜLMİNƏN AYIRDILAR....LEYLİM LEY..