Kəramət : - Bu ...mən-sən deyiləm e...DOSTOYEVSKİDİ

YAZARLAR, Gündəm 08:54 / 24.07.2024 Baxış sayı: 2362

Bu ...mən-sən deyiləm e...DOSTOYEVSKİDİ

....Ətrafının əşağılaması onun qüruruyla bağlıydı, "yazar" dostlarının rəqib sanması, əxlaqsızlığı, dövlətin onu görməzdən gəlməsi.... bu əzici selin və bu aşağılık dünyanın qarşısında onun içdən gülümsəməsi, xoş niyyətləri, insanlığı və qələmindən başqa heç nəyi yoxtu.

... romançı ..həyatı da min roman

Onun dediklərindən..

--Mən ən çətin dərk olunan insanlardan biriyəm, çünki bəsit şeyləri önəmsəyən və kiçik detallarla mutlu olan , kimsə bunları umursamaz.

-Ən acı anları yalnız yaşadım.... -yazırdı.,-ən mutlu anları da..

..............

Deyim ki, məncə, O, bütün bu məhrumiyyətlərin içində, yaratdığı obrazlarının ALLAHI olaraq, onları psixoloji duruma görə yönləndirəcək qüdrətə sahibdi...

Tələbəykən paralel şəkildə Tolstoyla Dostoyevskini oxuyur , onların biri-birindən fərqli ƏDƏBİ NƏHƏNGLƏR OLDUĞUNU GÖRÜR VƏ MÜQAYİSƏLİ TƏHLİL APARIRDIM VƏ NƏHAYİ QƏNAətlərim rahatlıq gətirirdi..indilər bu barədə yazsam, uzun söhbət olacaq, qalsın başqa vaxta..

................və O, öldüyündə, cənazəsinə 60.000-dən artıq adam qatıldı!...başqa bir mənbəədə 30.000 oxudum və şəxsən mənim üçün önəmi yox.

Yenə də düşünürəm ki, bu adamlar elə cənazəyə qatılmağamı yarar.. M.F Axundovun cənazəsinə isə heç 10 adam qatılmayıb, axı Mirzə

-MƏN BÜTÜN DİNLƏRİ PUÇ VƏ ƏFSANƏ HESAB EDİRƏM...-deyirdi.

...məramım cənazəyə qatqının sayında deyil, Axundova münasibət də hardan qaynaqlanır, məlum...harda dəfn olunmaqda da deyil məsələ.....hər biri (təşbehdə xəta olmaz deyirlər) yaratdıqları əsərlərin Fəxri Xiyabanında yaşayır...zaman-zaman da bizimlə söhbət edirlər.