İsrail əsgərləri türk jurnalistlərə hücum etdi -VİDEO

DÜNYA 19:05 / 26.07.2024 Baxış sayı: 2715

İsrail əsgərləri Qüdsdə yerləşən Əl-Əqsa məscidi qarşısında Türkiyənin "TRT Nyus" kanalının əməkdaşlarına hücum edib.

Yenises.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hərbçilər ilk olaraq Cümə namazı qılan fələstinlilərə, sonra isə hücumu çəkən kanal əməkdaşlarına hücum edib.

Hücum nəticəsində "TRT Nyus" kanalının operatoru yaralanıb, müxbir Mücahid Aydəmirin telefonu isə zorla əlindən alınıb, oradakı görüntülər silinib.