Həzi Həsənli - İki  DÖRDLÜK

Ədəbiyyat 08:53 / 27.07.2024 Baxış sayı: 2136

Dolandın dünyanı, əsla doymadın,

Gün ötdü, ay ötdü- fəsil dəyişdi.

Eh, nələr görmədin, nələr duymadın,

Tarix yaşa doldu, nəsil dəyişdi...

26.07.2024

Ömrümüzdən bir qətrədir,

Göz oxşayır, qəlb titrədir,

Bizdən sonra qalacaqsa,

Şəkil də bir xatirədir...

25.07.2024