Həzi Həsənli - Dördlüklər

Ədəbiyyat 10:07 / 25.07.2024 Baxış sayı: 2024

 

Fikir belə doğular,

Ürəyinə yığılar,

Əbədi ayrılıqdan

Sanki dünya dağılar...

24.07.2024

Getdiyin yerlərdə qalacaq izin,

İndi olmasan da o yerdə özün,

Hər köhnə xatirə sədadır, səsdir,

Dinər nəğmə kimi hey həzin- həzin.

23.07.2024