Gülsüm Cengizin ( Akyüz).  ŞEİRLƏRİ

Ədəbiyyat 11:43 / 13.11.2025 Baxış sayı: 1657

 

Gülsüm Cingiz çağdaş Türkiyəni önəmli qadın şairlərindəndır. Eyni zamanda populyar roman və araşdırmalar müəllifi, tanınmış uşaq yazarıdır. İlk şeirləri 1983-cü ildə Varlıqdərgisində nəşr olunub. “Cümhuriyyət”, “Əmək

“Evrənsəl”, “Göstəri” kimi qəzet və jurnallarda çalışıb, köşə yazarı olub.

“Sentyabr dəyişikliyi” (1987), “Sevdamız çiçəklənir Zulada” (1990), “Mayda üzgün könlüm” (1993), “Ağ dənizin rəngi mavi” (1997), “ Yasaq sevda sözcükləri” (2013) və başqa şeir kitabları nəşr olunub. Şeirləri və uşaqlar üçün yazdığı əsərləri dünyanın çoxsaylı dillərinə çevrilib. “Ümid həmişə vardır” esse kitabının, “İlk addımlar”, “Bir buludun arxasında” adlı romanların, uşaqlar və yeniyetmələr üçün 150-dən artıq kitabın müəllifidir.

Alman, ingilis, rus, isveç, ərəb, serb, xorvat, italyan dillərində kitabları çap edilib. “Bir pişiyin gündəliyikitabı Azərbaycan dilində nəşr edilib. Çoxsaylı şeir və nəsr kitablarının müəllifidir. Dram əsərlərinə quruluş verib, uşaq filmləri üçün ssenarilər yazıb.

Türkiyədə və ölkə xaricində çoxsaylı ədəbiyyat mükafatlarına layiq görülüb.

Gülsüm Çingizin ədəbi yaradıcılığı həm Türkiyədə, həm

ölkə xaricində çoxsaylı elmi-tədqiqat işlərinin mövzusu olub.

 

 

Səni özlərkən

 

I

 

 

Səni özlərkən

cocuqlar küləyin önündəki yaşıl yarpaqlar,

çırpınan qar dənələri küçələrə sovrular.

Qırmızı işıqda maşının şüşə silənləri altında

kəpənəklər ölər.

Səni özlərkən ürəyim

uşaqsız məktəb baxçasına bənzər.

 

Bağlı qapılar, hündür divarlar

uşaq ömrüm zindandadı sanki..

Gülüşüm küsgün, bir yanım əskik..

Sərçələr soyuqdan titrəyər,

bir ağac kökündən yıxılar,

bir budaq səssizcə quruyar.

Üşüyər kol dibində bənövşələr. .

səni özlərkən,

Səni özlərkən

ölər bir uşaq, ah bir uşaq ölər

zibillikdən tapdığı çörəyi yeyərkən.

 

Səni özlərkən.
Səni özlərkən

getdiyim uzun yolda

qarlı dağlar kimsəsiz,

çılçılpaq ağaclar bitməyən qış ömrüm.

Sanki həyat göldü durğun, hərəkətsiz,

Gümüşü bir çay dağlar arasında.

Ürəyim dağ laləsi kimi cəmrənin

düşməsini gözlər

qar altında.

 

II

 

Səni özlərkən,
səni özlərkən

kim bilir neçə kərə yarpaq tökdü,

yenidən çiçəklədi ağaclar.

yenə torpağa ümid toxumu düşdü.

Köz bağladı ürəyimdəki yara.

Hər gedişlə yenidən qanayan yara.

Gözlərimdə boy atarkən

unutma məni çiçəyinin kədəri

hər bahar can verdiyim ümidlə

salamladım yeni səhəri.

Yanıbaşımda bir uşaq böyüdü

bir fidan ağaca döndü...

 

Səni özlərkən, səni özlərkən...

 

III

Günəşin gülüşüdür üzün,

Səni özləməkdi

ömrümü bağladığım böyük gün.

Səni özlərkən bir çay axır

dağların qorxunc kölgəsində,

axır dənizlərə parıltısını qoruyaraq,

dağ sularından çoxalaraq.

 

səni özlərkən, səni özlərkən...

hər bahar bənövşə tək

baş qaldıran dirənişim,

bir insan gülüşündə yenilənən sevincim

tutur əllərimdən.

Həyatı qucaqlayıram.

kol dibindən perikmiş sərçələr sayağı

keçir ömrümdən hay-küylə məktəb uşaqları

gözlərində günəşin bütün işığı.

 

 

 

ELLƏRİMƏ BAHAR GƏLSİN

 

Artıq bahar gəlsin,

payızda əkdiyimiz fidanlar boy versin,
dibçəkdəki qərənfillər qorxmadan çiçəkləsin.

Döysün qapımızı günəş işığı,

sərçələr üşüməsin.

 

Artıq bahar gəlsin,

ərik ağacları çiçəkləsin.

Acıbadəmdə badam ağacı gəlinliyini geyinsin.

Kızkulesinin ətrafında leyləklər rəqs eləsin.

 

Artıq bahar gəlsin

Ürəklərin pası silinsin,

əlləriniz sevgiyə bürünsün.

Haydı artıq, haydı artıq bahar gəlsin.

Sevgi ətirli rüzgar kədəri təmizləsin.

Qapımızı ölü quşlar döyməsin

Gecələrin qaranlığı ərisin,

Ölkəmin üzərindən acılar silinsin.

haydı artıq bahar gəlsin.

 

 

hbus istəyi

 

Mənə çiçəklər gətir,

çöl çiçəyi bir dəstə..

dodaqların tək isti,

linciklər,

ayrılıq kədəri tək
bir az da bənövşələr,

saçın kimi qoxuyan papatyalar da olsun,

peyğəmbər gülü bir də

göy üzünün rəngində...

 

Çiçəklər gətir mənə.

Sübhün ilk şəfəqləri oxşayan,

Mürgülü ulduzlara oxşayan

O şehli təzətər çiçəkləri topla çöllərdən

Xoşbəxtliyin rəngində.

 

Çiçəklər gətir mənə...

Dağlardan

bir az Sümbüllər topla

Müşkülüm, nərgizlər də.

İlk sevgi nəğməsinin ətri gəlsin onlardan,

dağ rüzgarlarının bir də

azadlıq rəngində...

 

Çiçəklər gətir mənə...

Çöllərdən bir hədiyyə.

Çocukların gülüşü olsun ləçəklərində,

quşların civiltisi bir də.

yarpaqla arasında;

Bir arı, bir qarışqa,

bəlkə də bir kəpənək

yaşama sevinci tək...

 

Sənin adın ümid

Ümiddir sənin adın.
sevginin, dostluğun, eşqin adı.

Masmavi göy üzünün, gün işığının,
Xaşxaşların, peyğəmbər çiçəyinin
sevinci sənsən.
Kol dibində bənövşələrin ətrisən.
Sən sevdiyim hər şeysən.

Al yaylıqlı gözəlim,
sən başımda halay coşkususan.
dəniz sahilində yosun qoxulu
birlikdə içilən bir fincan çaysan.
mən yata aşiq olan.
səni sevirəm,
sən mənim inamımsan.

 

 

Tərcümə Kamalə Abiyeva.