Fərhad Tapdıqoğlu - Od
Uşaqlar üçün
İsti iyul günlərinin biri idi .Sanki göydən od yağırdı.N-od-ar kişi oğlanlarını yanına çağırıb dedi:
---Hazırlıq görün ,qeyri - iş gününüzdə Qarabağımızın işğaldan azad olunmuş rayonlarından birinə gedək.
Bazarlıq edildi,samovar,qab- qacaq, manqal,palaz,göşəkçə və sairə maşının yük yerinə yerləşdirildi ,yola düşdülər.
Cənnət Qarabağda gözəl yerlərin birində maşınlar dayandı.Düşdülər.Bir az gəzdilər.
Sonra samovarı bulaq suyu ilə doldurdular,od-luğuna od saldılar. N-od-ar kişinin oğlanları əti doğrayıb,basdırma etdilər.
Kömürləri var idi,bir az quru od-un topladılar.Manqalı od- ladılar. 3 daş götürüb üçbucaq şəklində düzdülər. Buğlama qazanını daşların üstünə qoyub,altındakı od-unlara od vurdular.
N-od- ar kişi nəvələrini yanına çağırdı.Uçaqlar palazın üstündə əyləşdilər.N-od- ar kişi döşəkçənin üstündə uzanaraq dirsəkləndi.Söhbətə başladı:
---Həə, uşaqlar ,mənə diqqətlə qulaq asın.Xalqımız uzaq keçmişdə od-a sitayiş edirdi.Atəşgah məbədi ,"Yanar dağ " kimi yerlər də bunu sübut edir.
Azərbaycanımıza "Od-lar yurdu" deyirlər.Yeri gəlmişkən atalarınız "Od- lar Yurdu" Universitetini bitiriblər.
Bildiyiniz kimi Novruzun ikinci çərşənbəsi od çərşənbəsidir.Tonqal qalanır, od-un üstündən tullanırlar.Siz də bunu etmisiniz .Od çərşənbəsi işıqlı sabahlar,xeyir- bərəkət ,istiliyin rəmzidir ,yazın rəmzidir."Ağırlığım- uğurluğum od- da yansın" deyirik...
Yadımdadır zirək olduğumdan mənə uşaq olanda " od- yalo"dur(od- alovdur) deyirdilər.
Kənddəki evimiz od-a davamlı kərpicdən tikilmişdi, od- a davamlı boya ilə rənglənmişdi.
Həə ,uşaqlar bir gün evimizdə yeganə olan kam-od- un( şkaf) siyirməsini çəkib konfet götürmək istərkən aşırmışdlm,anamdan qorxub evdən qaçmışdım.
N-od- ar baba güldü,uşaqlar da ona qoşuldu...
Mənim əziz nəvələrim, biz SSRİ deyilən bir dövlətdə yaşayırdıq.15 respublikadan ibarət idi dövlətimiz.Mən Ukraynada ,Od- essa şəhərində hərbi xidmətdə olmuşam.
Biz həmişə çoxlu kitablar oxuyur,teatra ,tamaşalara gedir, hind filmləri ilə yanaşı öz kinolarımlza da baxırdıq.Çox sevdiyim filmlərdən biri " Torpaq ,dəniz ,od ,səma " idi.C.Cabbarlınln "Od gəlini tamaşasına da,Voyniçin "Ov-od" tamaşasına da baxmışam.Hətta Bahadur kişi o teatra tamaşa edəndən sonra yenidən doğulan oğlunun adını Ov- od qoymuşdu."Səfilləri" də oxumuşam,"Od-isseya " əsərini də.
Söhbətin şirin yerində nadinc nəvələrdən biri müdaxilə elədi,söhbəti başqa səmtə yönəltdi:
-Baba ,sənin adın niyə N- od-ardır? Bəlkə Nadir olub,səhv yazıblar?
---Yox.Atam müharibədə qəhrəmanlıq göstərən gürcü dostu N- od-arın adını mənə verib.
N-od-ar kişi ardınca davam elədi:
---Biz gənclik illərimizdə çoxlu şeirlər əzbər bilirdik.
Məsələn " Od-lama qəlbimi od- lu baxışla"
"Sənə atəşmi deyim,od- u da yandlrarsan " və onlarla başqa şeirlər hələ də yadımdadır.
Nəvələrdən biri də sual verdi:
--Baba ,Siz musiqilərə qulaq asırdınız?
N-od-ar baba:
--Əlbəttə ,hər bazar günü saat 2-ni gözləyirdik ki,muğamatı radioda bir saat dinləyək.Ondan başqa xalq mahnılarını,bəstəkar mahnılarını çox sevirdik.Mən hətta simfoniyalara da ,od- aya da qulaq asırdım.Bilirsiniz oda nədir?
Nəvələr bir ağızdan dedi:
--- Xeyir baba.
N-od-ar baba:
---Od-a müsiqi növüdür.O hansısa hadisələrdən ,qəhrəmanlıqdan bəhs edən təntənəli mahnıdır.Məsələn C.Cahangirovun "Azərbaycan " od-ası.R.Mustafayevin od-ası.
Hə uşaqlar unutmayın otellərdə "od-a" adlandırılan otaqlar da olur.
Uşaqlar diqqətlə babaya qulaq asırdlar.
Balacaların marağını görən N-odar baba:
--Nəvələrim ,deyin görüm o nədir ki,"od- da yanmaz,suda batmaz"?- sual verdi.
-- Buz- nəvələr bir ağızdan dilləndilər.
Nodar baba yanan od-ocağa baxıb:
--Mən Sizə od- a aid bir neçə atalar sözü ,məsəllər də deyim ,yadda saxlayın .
"Qurunun od-una yaş da yanar"."Od-dan kül törəyər"."Biri od olanda ,o biri su olmalıdır"."Od olmasa ,tüstü çıxmaz".
Belə bir alqış da var:"Ocaqlarınız gur yansın,bacanızdan tüstü çıxsın"
Valdeynlər istəyərlər ki,övladlarının evləri,necə deyərlər " od- ocaqları " olsun.
Od-la oynamaq olmaz,uşaqlar !
Babanın danışdıqları nəvələrin xoşlarına gəlmişdi...
Amma artıq süfrə açılmışdı.Uşaqlar od-un üstündə bişən bağlamadan da ,kabablardan da iştahla yedilər.
N- od- ar baba od- unla bişən xörəyin daha dadlı olduğunu da nəvələrinə dedi.
...İstirahət başa çatırdı.
N-od-ar baba:
-Uşaqlar,ocaqları söndürün .Düşməndən azad edilmiş torpaqlarda nə qədər yanğınlar olur.Onun hamısı səhlənkarlıqdan,məsuliyyətsizlikdən baş verir.Od çox təhlükəlidir.
N-od-ar kişinin oğlanları, nəvələri od-un ,közün üstünə su ,bir az da torpaq tökdülər. Sür- sümükləri də bir salafan torbaya yığıb ,maşına qoydular ki,zibil qutusu harda rast gəlsə ora atsınlar.
Doğma Qarabağımızda N-od-ar baba,övladları ,nəvələri ilə gözəl istirahət etdilər.
Arzusunda olanlara qismət olsun.Amma yandırdığınız ocaqlarda od-u söndürün .
Gözəl Qarabağımızı təmiz saxlayaq .