Fazil Sənan , yazıçı-publisist, : - YANAR ÜRƏYİN GÖZ YAŞLARI

                                            

YAZARLAR 09:15 / 03.04.2025 Baxış sayı: 1052

 

Şair-publisist Səlbi Baxışın ad gününə

       

Səhərki tədbirə dəvət almışdı. Halı heç özündə deyildi. Hər il də belə olurdu. 26 fevralda o biri dünyanı görüb yenidən qayıdırdı. Həmin vəziyyəti yenə yaşamağa başladı. Əsəbləri gəri­lir, içindən keçən ağrı bütün bədəninə yayılır, do­daq­ları səyriyir, gözləri az qalır hədəqəsindən çıx­sın.

Heç cür unuda bilmirdi o müthiş gecəni. Oxuduqları, televizorda gördükləri, hadisənin şa­hid­lə­rinin söylədikləri gözü önündə canlandıqca yanaqları boyunca süzülən göz yaşları ilə öz-özü­nə təsəlli verirdi. Nə qədər göz yaşları ilə ovun­maq istəsə də bacarmırdı.

Köksündə yumruq boyda olan ürəyi od tu­tub yanırdı.

Ürəyinin şöləsində yandırılan evləri görür, ah-vayları ilə gecənin qaranlığında kömək dilə­yən qocaların və uşaqların səsini eşidirdi.

Yanırdı ürəyi, qarda, şaxtada donub ölən­lə­­ri gözü önünə gətirdikcə.

Yanırdı ürəyi, qız, gəlinlərin əsir aparılma­sı­nı düşündükcə.

Yanırdı ürəyi, namusunu qorumaq üçün özü­­nü qayadan atan gəlinlərin acı taleyini fikir­ləş­dikcə.

Yanırdı ürəyi, çaydan keçmək üçün günah­sız uşaqların meyitlərindən körpü düzəldib üs­tün­dən keçən düşmənin alçaqlığını yaddaşında çözələdikcə.

Yanırdı ürəyi, din qardaşlarının köməyi ilə er­mə­nilərin Xocalı adlı bir Azərbaycan şəhərini yer üzündən silməsinə, insanlığa sığmayan soy­qrı­mı həyata keçirməsinə dünya ictimaiyyətinin sus­ması, beynəlxalq təşkilatların heç bir reaksiya ver­mə­məsini fikirləşdikcə göz yaşları yanaq­la­rın­dan aşağı süzülürdü.

Özünün də 26 fevral ilə 27 fevralın qovu­şu­ğunda doğulması bir təsadüfdürmü, yoxsa gə­lə­cək­də soyqrım zamanı günahsız öldürülənlərin əvə­zindən illər öncə təbiətin bir zərurətidirmi. Bu­nu hələ də özü üçün aydınlaşdıra bilmirdi. Bir məsələni yəqinləşdirmişdi. Ömrünün son gününə kimi ad gününü qeyd etməmək.

Ad gününü hər il Xocalı soyqrımı zamanı dəvət aldığı tədbirlərdə etdiyi çıxış və oxuduğu şeirlə düşmənə nifrətini bildirməklə qeyd edirdi. Bunu ancaq bir özü bilirdi.

Tədbirin başlanmasına az qalıb. Adam əlin­­dən tərpənmək mümkün deyil. Zalda əyləşən­lərin hamısı qara geyimdədirlər. Əvvəlcə məhv edil­miş Xocalının dağıntılarını özündə əks etdi­rən video-çarx nümayiş olunur. Şaxtalı soyuq qış gecəsində soydaşlarımızın meyitləri göstə­ri­lir. Dağıntılar altında qalan körpə, günahsız bala­la­rı­mı­zın solmuş çöhrələri işıqlandırılır. Bunları göz yaşsız izləmək olmur. Sonda qalib Xocalıya aid video-çarxa baxanda isə əyləşənlərdə xoş bir əh­val-ruhiyyənin yarandığını görürük.

Çıxış edənlər bir-birini əvəz edir. Aparıcı­nın “İndi də söz verilir şair-publisist Səlbi Baxı­şa” deməsi ilə salonda əyləşənlərin diqqəti istər-is­tə­məz kürsüyə doğru ahəstə addımlarla irəlilə­yən uzun boylu, nazik bədənli, qara kəsik saçları çiyinlərinə tökülmüş qadına tikilir. Salonda əylə­şən­lərin maraq dolu diqqətini kürsüdə öz üzərinə cəm­ləyən şairə bir anlığa salonu gözdən keçi­rə­rək aramla çıxışına başlayır. Və tədricən səs to­nu­nun yüksəlməsi, mimika və jestlərində düş­mə­nə qarşı olan nifrətinin görünməsi salonu sü­ku­ta boğur. Bu çıxış zamanı tamaşaçıların baxışında  bir heyrət nidası oxunur. Şairəni tanıyanların “Hə­­­mişə öyrənməyə daha çox üstünlük verən, da­nışanda körpə uşaqlar kimi utancaq görünən bu zərif qadının içində düşmənə qarşı nə qədər nifrət hissi var imiş deməsi və bəlkə də bu qa­dı­nın nifrəti ilə elə bu gün Ermənistanı məhv et­mək olar. Halaldı, Sizə, şair“ – düzdü sözləri keç­­di ürəklərdən.

Səlbi yana-yana danışır. Qollar geniş açı­lır və gözlənilmədən yaxınlaşan nazik, uzun bar­maq­ları bir-birində kilidləşərək sanki düşmənin boğazından yapışıb boğur.

Kürsüdə çıtır-çıtır yanan Səlbi Baxış göz­lə­nil­mədən yazdığı “Xocalı” şeirini söyləməyə baş­layır. Sanki yazdığı şeirlə Xocalı yarasına bir məlhəm çəkir.

 

Xocalı faciəsi həkk olub yaddaşıma,

Soyqrım səbəb oldu bu axan göz yaşıma.

Xocalıda o gecə söndü neçə ocağım,

Qırdılar məsumları, al boyandı qundağım.

* * *

Körpəsiz boş yellənib, inləmişdi beşiyim,

Namərd azğınlığından dağılmış ev-eşiyim.

 

Şeir tamamlanır. Aparıcı yaxınlaşaraq “Səl­bi xanım, siz ki ağlayırsız” deyir.

 – Bəli ağlayıram. Bu yanan ürəyimin göz yaş­la­rıdır.

Amma bu fərqli göz yaşlarıdır. Yanağımda görünən göz yaşları sevincdən axan göz yaşla­rı­dır.

Bu gün düşməndən qisas alındı. Yer üzün­dən silinmiş Xocalının işğal olunmuş torpaqları azad olundu. Qalib ordunun, qalib liderin “Qara­bağ Azərbaycandır” deməsi öz real təsdiqini  tap­dı. İndi yanağımda gördüyünüz göz yaşları se­vinc göz yaşlarıdır, deyir şair Səlbi Baxış və al­qış­lar altında kürsüdən ayrılır.

Hörmətli Səlbi xanım!

Bəlkə də ad gününüzü  bu formatda təbrik et­mək sizin üçün də maraqlı görünə bilər.

Təbrikin bu formatda yazılmasına səbəb so­­sial şəbəkədə təsadüfən Xocalının anım günü ilə bağlı video-çarxa baxarkən çıxışınızın emo­sio­­nal və təbii olması oldu. Bilmirəm sizin ad gü­nü­nüzlə bağlı qələmə aldığım bu düşüncələrimi necə qarşılayacaqsınız.

Bu nasirin şairə olan hörmət və istəyindən doğan mülahizələridir.

Sizin ad gününüzü ürəkdən təbrik edirəm. Uzun ömür və cansağlığı arzulayıram. Arzu edi­rəm Allah verən ömrü ömür yoldaşınızla birgə ya­şa­maqla bərabər, nəvə-nəticə toyu görəsiniz.

Yadımdan çıxmışdı. Yaradıcı adama ən bö­yük dilək onun qələminin işlək olması və oxu­cu­larını yeni-yeni əsərlər ilə  sevindirməsidir. Bu mə­nada qələmlə həmişə aranızda dostluq, mehri­ban­çılıq və sevgi olsa, yeni-yeni əsərlərinizi oxu­ya­rıq. Qələmlə olan dostluğunuz heç vaxt pozul­ma­sın! Amin!

 

                                             

                                                27.02.2025