Elnur Uğur Abdiyev - Həmişə sevməyə bəhanə axtarmışam,

 

Ədəbiyyat 11:40 / 13.11.2025 Baxış sayı: 7099

 

Həmişə sevməyə bəhanə axtarmışam,

Ayrılıqlar adamı olmamışam.

Sahildən uzaqlaşan qayıqların da yerinə,

bəzən sevinmişəm sahilin o üzündəkilər üçün.

Onsuz da üçdə biri quru olan bu dünyada,

Xəritənin harasından baxırsansa bax,

Göy rəngli bir zolaq,

Alıb başına aparır baxışları.

O baxışları sevirəm,

baxanda adamı qucaqlayır.

O baxışları sevirəm tanımadığı biri üçün,

gülür,

hönkürür,

ağlayır.

Sevmək hamıya qismət olmur, bəlkə də...

Kaş sevgini dərk edək