Elnur Uğur Abdiyev - Bir ip endir aşağı

Ədəbiyyat 19:04 / 21.09.2025 Baxış sayı: 1842

Bir ip endir aşağı,

Qalxaq üzü üzünə.

Keçib iş işdən daha

Ta olanlar olmayır,

Tanrım bir ol sözünə.

 

Yerdə cılız canların,,

Allahlıq iddiası,

Qəzəbini geyinib

Hər gün yeni can alır,

Yox bu yerin xilası.

 

Qəzzada doğulanlar,

Can qəzası keçirir.

Körpələrə güllələr,

Anaların döşündən

Süd yox,ta qan içirir.

 

Uçurumdur bu yerin,

Arxa,önü,sağ solu.

Hamı Allahlıq edir,

Bir kəs olmaq istəmir,

Şərəfli Allah qulu.

 

Endir tutaq ipindən,

Yerdə yox yerin yeri.

Sabah, bəlkə, başdaşı

Olacaq bu Elnurun,

Sənsiz doğan şeiri.