Ələddin Əzimli : - KİMSƏSİZ DUYĞULAR

Ədəbiyyat 11:00 / 14.05.2025 Baxış sayı: 1187

 

Uçdu divarlar,

sındı, çilik-çilik ooldu

döyüləsi,

açılası

bağlanmış qapılar.

İtirdi rəngini

buludlar,

ağaclar.

Uçdu quşlar

qaranlığı yara-yara,

səslənə-səslənə

bilmədim getdilər hara?

Duyğularım

quşlar kimi pərən-pərən.

Birdən,

niyə sığındılar,

qısıldılar bir-birinə

ötüb keçən çağlarım,

sahibsiz,

kimsəsiz duyğularım?..