Əbülfət Mədətoğlu : - Məni kim düşünür...

Ədəbiyyat 12:11 / 26.07.2024 Baxış sayı: 2853

 

 

Kimdi vərəqləyən xatirələri,

Məni kim düşünür, ay Allah, indi?!

Sinəmə yazdıqca bu sətirləri -

Ürəyim üşünür, ay Allah indi!..

 

Telinin ucunda yağış damlası,

Kirpiyin ucunda işıq çalması...

Belə xəyallanıb yada salması ...

Məni kim düşünür, ay Allah indi?!.

 

Gözümü kökündən dərib ,götürən,

Qəlbinə ruhumu sərib, götürən...

Kimdi pəncərədən baxan, ötürən -

Məni kim düşünür, ay Allah , indi?!.

 

Əllərim qoynumda, ümid daş altda

Bir daş üstündədi və bir daş altda!..

Məni düşünəni deyib, yaşat da -

Məni kim düşünür, ay Allah indi...