Əbülfət Mədətoğlu - Baba duası
Nəvəm Nigarın ad günü Təbriki
Tər Çiçəksən ömrümdə
Öz ətrin - özəlliyin!
Hər an mənim könlümdə -
Nurlanır gözəlliyin!
Dilindən süzülən bal
Olur nəvə töhfəsi!
Sən yaşatdığın xəyal -
Həyatımın lövfəsi!
Böyüyür sənlə yaşıt-
Arzularım anbaan!
Sənə qol-qanad olur -
Qürurla atan, anan!
Hər yeni ad günündə
Təzələnir diləyim!
Xoşbəxt böyü !- deyirəm -
Mənim Nigar MƏLƏYİM!"