Din  və Qadın - Sabir Zəkullaoğlu yazır

YAZARLAR 08:23 / 21.08.2025 Baxış sayı: 2588

Din ən böyuk divanı qadınlara tutub.

Bəlkə də haqlı yanaşmadır.

Çünki yaranışın fəlsəfəsi bu. Kim zəıifdir, sorğu sualsız birinci onu cəzalandırırlar. Tabe olsun. Görk olsun. Xof yaransın. Şüurlarda güclünün izi qalsın..

Həm də görünən o ki, kim çox əzilirsə o daha çox tabe olur.

Qadınlar din tərəfdən daha çox şiddətə, ədalətsizliyə, mənəvi terrora məruz qalsalar da, onlar dinin daha etibarlı, daha fədakar cangüdənləri, fədailıridirlər..

Bunu ağıla bağlamaq doğru olmaz...

Görünür, qadınlarda hissiyyata qapanmanın dozası daha üstündür..

Hər halda avamlıq deyil..

Qadınlar kişilərdən də ağıllıdırlar..

Qadınların savadlı və aktiv olduqları cəmiyyətlər daha inkişaf etmiş, daha gəlişmiş olurlar. Qadının savadlı olması, uşaqların, cəmiyyətin, iqtisadiyyatın, gələcəyimizin inkişafı deməkdir..

Tarixin təkəri qabağa gedir..

İstəsək də, istəməsək də bu təkər bizi də irəliyə doğru aparır..

Ancaq ləngimələr çoxdur..

Tarixi, zamanın diqtəsini başa düşmək çətin deyil.

Təəccüblü olan bu günün reallıqlarıdır.

Bu günkü infarmasiya bolluğu şəraitində, insan necə bu cəhalət yuxusundan ayılmayıb, din yuxusuna gedə bilir..

Müsəlman, ərəb kişisi bu günün özündə də, axı dörd arvadı necə ala bilir?

Müsəlman qadını, kiminsə dördüncü arvadı olması faktını necə həzm edə bilir? Bunu necə qadın adına, qadın ləyaqətinə sığdıra bilir..

Üstəlik öz qızına bunu necə rəva görə bilir?

Necə? Axı necə?

Müsəlman kişisi necə və hansı ləyaqətlə bu işə imza ata bilir?

Necə də, necə..?

Adam bəzın sadə suallara cavab tapa bilmir, nəinki triqonometriyanın açlışına..