Bəhram Bilaloğlunun ŞEİRLƏRİ

Ədəbiyyat 10:09 / 20.03.2025 Baxış sayı: 547

Bu gün gənc Şair Bəhram Bilaloğlu Doğum  tarixini qeyd edir!   Biz də  yenises.az olaraq Onu  təbrik edir  və  deyirik : -Doğum günün mübarək, Bəhram Bilaloğlu!!

            ***

Ruhum oruc tutub,ucalıb göyə,

Qəd(i)r gecəsini gözləyir,Allah.

Paklığı zər bilir,zəri imandır,

Daima təqvanı izləyir, Allah.

 

Büsbütün aləmdən gen düşən kimi,

Yaranmaq duyğusun hey araşdırır.

Ərpi islanmayan,xarab qəlblərin,

Vurduğu notları,hey qarışdırır.

 

Bu da bir məfhumdur,ruh təsvir edir,

Özünü səmada tapmaqdan ötrü.

Saxlayır qüvvətdə nizam,ölçüsün,

Bütün xar xəyalı, atmaqdan ötrü.

 

Fitrilər bilərlər,bu kamı,bəlkə,

Hansı aləmləri zəbt edir onlar.

Cismən yer üzündə,görünsələr də,

Haqqın dərgahına cəm gedir onlar.

****

Qar dənəsi pak olsaydı,

Torpaq rəngin götürərdi.

Zalım olan adamlara,

Xoş,hal-əhval ötürərdi.

 

Yalan olur gördüklərim,

Qara,ağa qarışanda.

Haqlılar da belə olur,

Haqsızlarla vuruşanda.

 

Arxalıya arxa duran,

Nadanlar da,solur bir gün.

Axşam çıxan ulduzlar da,

Bulud altda qalır bir gün.

 

Oyuna bənzəyir dünya,

Aldatdığı bəşər olur.

Ayılanlar dərk edəndə,

Yatmışlara xəbər olur.

 

 

****

Mənə əhsən dedilər,

Ruhumu şad etmək üçün.

Döndüm eşq mədəninə,

Ahımı yad etmək üçün.

 

Ümidim güllər açan,

Qatlara getdim ki,görüm.

Gül açan gülləri hər dəm,

Aparım ərşə sərim.

 

Dəli könlüm bu qədər,

Ah eləyir,sevdiyi var.

Mizana qoymağa tək,

Pak əməli,seçdiyi var.

 

***

Neçə gündür ki,fələk,

hala təsir eləyir.

Ruhumu eşqə salır,

cismi əsir eləyir.

 

Bu fəna çöllərinə,

Hadi,əzəldən gəldim.

Qınayan əsrilərin,

Bari,elindən gəldim.

 

Hələ də,dövr edirəm,

Ruhu təslima üçün.

Bir ömür aha gedir,

Yarı vəslima üçün.

 

Bitməyən sevgi səpər,

Uca simaya görə.

Kim onu dərk eləyər,

Udar,ənaya görə.

 

***

Cismə dəva dərmandırsa,

Ruhum tapar Allahını.

Göy üzünün mələkləri,

Pozar hər an günahımı.

 

Bitər yolumda tər güllər,

Unudulmaz xatirələr.

Çələng hörər müsafirlər,

Olmaz birdə faciələr.

 

Faciədir günahlarım,

Salır məni hey odlara.

Ərz eləsəm çatar,bəlkə,

Adım düşməz,o,adlara.

 

Tək deyiləm daxilimdə,

Ağrı çəkən adamlar var.

Cəzası çox,ruzusu az,

Allah, çökən adamlar var.

 

Necə deyim təkəm,indi,

Acılardan yıxılıram.

Dünya boyda dərd vermisən,

Bu dünyada burxuluram.