Adilə Nəzər- BİlMƏDİ

Ədəbiyyat 08:39 / 23.09.2025 Baxış sayı: 1115

 

İnsanlar hər oda sığdı,

Ocağa sığa bilmədi.

Qorxusu Kitaba sığdı,

Sevgisi sığa bilmədi.

 

Qəm göyərən çağdı yenə,

Qara saçlar ağdı yenə,

Bulud doldu, yağdı yenə,

Göz doldu, yağa bilmədi.

 

Şəri kim əkdi, kim doğdu,

Yerdən çıxdı, göydən yağdı?

Qardaş qardaşını boğdu,

Nəfsini boğa bilmədi.

 

Əli çirkli ruh həkimi...

Göy çəkimi, yer çəkimi...

Ay kimi batdı, Gün kimi

Bir adam doğa bilmədi.

 

Şöhrətli, həm şanlı oldu,

Ömrü kahkəşanlı oldu.

Ölümə nişanlı oldu,

Qovuşdu ağa, bilmədi...