Xanım İsmayılqızı -Hərə bir cür qocalır...

Ədəbiyyat 14:21 / 22.09.2025 Baxış sayı: 1964

Hərə bir cür qocalır...

Kimisi dava kimi, kimisi yuva kimi, kimisi də dua kimi...

Hərə bir cür qocalır...

Kimisi mərd kimi, kimisi şərt kimi, kimisi də dərd kimi...

Hərə bir cür qocalır...

Kimisi üzdən düşür, kimisi sözdən düşür, kimisi də gözdən düşür...

Hərə bir cür qocalır...

Kimisi bağ kimi, kimisi dağ kimi, kimisi də sağ kimi...

Hərə bir cür qocalır...

Kimisi yaşa dolur, kimisi boşa dolur, kimisi də daşa dolur...

Hərə bir cür qocalır...

Kimisi qənim kimi, kimisi sənin kimi, kimisi də mənim kimi...